23:33, 05 İyun 2020 (Cümə) 639

Bağlanan banklardakı əmanətlər necə qaytarılcaq?

Bağlanan banklardakı əmanətlər necə qaytarılcaq?
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "AG Bank” ASC və "NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.
 
Bu barədə məlumat fondun saytında yerləşdirilib.
 
Məlumatda "AG Bank” və "NBC Bank”da qorunan əmanətlər üzrə kompensasiyaların nağdsız qaydada ödəniləcəyi də öz əksini tapıb.

Xatırlatma

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən "Atabank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. 

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - "Atabank” ASC-nin və "Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. 

Vüsalə Mikayıl