Siyasət

“Baş verənlər Əli Əhmədovun da günahıdır”

16 Sentyabr, 2020
424
"Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru” vasitəsilə çıxmağa çalışır”. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov "Facebook” səhifəsində belə yazıb. 

O fikrini belə davam etdirir: "Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib".

İqtidar təmsilçisinin iddiasına görə, müxalif qüvvələr Müsavat partiyası və Milli Şuranın üzvü, həbsinə etiraz olaraq 15 gündür aclıq aksiyası keçirdiyi bildirilən müxalifətçi Tofiq Yaqublunun səhhətinin pisləşməsindən öz məqsədləri üçün itifadə edir. 

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı isə Əli Əhmədovun iddiasını əsassız hesab edir. O, Toplum Tv-yə açıqlamasında bildirir ki, Tofiq Yaqubluya dəstək hər kəsin borcudur: "Tofiq bəy özü bu yolu seçib, bizim hər birimiz üçün bu gözlənilməz olub. Belə olan halda biz – Tofiq bəyin dostları, yoldaşları, hətta Tofiq bəyi tanımayanlar, müxalifətçi olmayanlar, sadəcə olaraq insanların şərlənməsini qəbul etməyən, siyasi əqidəsinə görə basqıları qəbul etməyən, istənilən bir insanın borcudur ki, Tofiq bəyin mübarizəsinə dəstək olsun və onun azadlığa çıxmasını tələb etsin”.

Yadigar Sadıqlı vəziyyətin bu həddə çatmasında Əli Əhmədovun təmsil etdiyi hakimiyyətin günahı olduğunu düşünür: "Tofiq Yaqublunun 60-a yaxın yaşı var. Azərbaycanda kişilər üçün orta yaş 73-dür. İnsan fikirləşir ki, mən niyə ömrümün 4 il 3 ayını həbsxanada keçirməliyəm, mənim nə qədər ömrüm qalıb ki? Nəticədə belə bir radikal etiraz formasına əl atır. O hakimiyyətin günahıdır, hakimiyyət məsələni artıq bu yerə çatdırıb ki, insanların heç yerə ümidi qalmır. Nə məhkəmələrə, nə siyasi iradəyə, nə başqa yola... Və bu şəkildə "Ya azadlıq, ya ölüm” şəkilində öz tələblərini qoymalı olurlar. Əli Əhmədov yazmaqdansa, utanmalı idi. Çünki baş verənlər onun təmsil olunduğu  hakimiyyətin və bilavasitə Əli Əhmədovun da günahıdır”.

Baş nazirin müavini, YAP sədrinin müavini Ə.Əhmədov isə sosial mediada yazır ki, Tofiq Yaqublu məsələsini həll etməyin hüquqi yolları mövcuddur. Onun qənaətincə, "sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir, xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa”. 

Hakimyyət təmsilçisinin haqqında danışdığı "hüquqi yollar” məsələsinə toxunan Milli Şuranın rəhbəri Cəmil Həsənli sual edir: "Burda hüquqa aid nə var ki?” O, Tofiq Yaqublunun şərləndiyini, ona böhtan atıldığını bildirir. 

"Tofiq Yaqubluya qarşı saxta, ssenariləşdirilmiş cinayət işi qurulub. Nə istintaqın, nə zərərçəkənin, nə prokurorun, nə də hakimin hüquq məsələsi ilə əlaqəsi var. Bunlar hamısı İlham Əliyevin tapşırığını yerinə yetirirlər və adamı nahaqdan tuturlar, etmədiyi hadisəyə görə ona 4 il 3 ay iş verirlər, sonra da məsələnin hüquqi həllini axtarırlar. Burda hüquqa aid nə var ki? Tofiq Yaqublunun həbsi bilavasitə İlham Əliyevin 19 mart çıxışında müxalifətə qarşı elan elədiyi "təmizləmə əməliyyatı" ilə bağlıdır.  Tofiq Yaqublu əməliyyatın birinci qurbanıdır. Buna görə də bu məsələnin hüquqla heç bir əlaqəsi yoxdur”.

Cəmil Həsənli hesab edir ki, hakimiyyət məsələni hüquqi cəhətdən həll etməkdə maraqlı deyil: "Onlara hüquq lazım olanda gecə də məhkəmə çağırırlar. İstənilən yerdə, istər çəzaçəkmə, istər ayrı bir yerdə olsun məhkəmə qərarını elan edirlər. Necə indiyə kimi belə prosedurlar olub. Tofiq Yaqubluya qarşı qərəz var. Onun başında İlham Əliyev dayanır. Tofiq Yaqublu ona qarşı törədilmiş qanunsuzluğun bədəlini ödəyir. İlham Əliyev üçün nə hüquq? Hüquq da odur, qanun da, prokuror da, müstəndiq də, şahid də, zərərçəkən də. Əgər bütün bunlar bir adamın kəlində cəmlənirsə, hansı hüquqdan söhnət gedə bilər?”
 

 
Tofiq Yaqublu bu il martın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Sentyabrın 3-də T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.
Tofiq Yaqublu isə həbsinin siyasi sifariş olduğunu bildirib. O, sentyabrın 2-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. 

Arzu Çinarlı

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo