Sosial

Bayram namazı necə qılınacaq?

23 May, 2020
1138
Pandemiya bütün həyat standartlarını dəyişdiyi kimi dini ibadətgahların da müvəqqəti bağlanmasına səbəb oldu. 

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah məscidlərin açılmasının hələlik planlaşdırılmadığını açıqladı. Bəlli oldu ki, hər il Ramazan bayramında məscidlərdə toplanıb bayram namazı qılan möminlər bu il bir araya toplaşa bilməyəcək. 

Bu il orucluq ayı tamam fərqli tərzdə yaşandı. Ramazan ayı boyunca məscidlərə gedə bilməyən möminlər ibadətlərini evlərində etsələr də, karantin şərtlərinin yumşaldılması bayram namazında məscidlərin açılması ümidini yaratmışdı. Amma məscidlərin bayram namazında da bağlı qalacağı açıqlanması gəldi.

Bundan sonra əksər müsəlmanların diqqəti Qafqaz Müsəlmanları İdarəsinə və ilahiyyatçılara çevrildi. "Bu il bayram namazı qılınacaqmı? Evdə bayram namazı qılmaq olarmı?” kimi suallara cavab axtarıldı.

QMİ-nin səlahiyyəli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Toplum TV-yə bildirir ki, bayram namazı ilə bağlı idarənin qərarı olub: "Qərar mövcud karantin rejimə uyğundu. Hazırda məscidlərdə camaat namazları qılınmır, dini ayinlər icra olunmur. Bayram namazlarının da məscidlərdə qılınması imkansızdır. Ona görə də hər bir oruc tutan bayram namazını öz evində fərdi qaydada icra edə bilər”. 
 

 
Bayram namazına onlayn qoşulmaq mümkündürmü? 

Hacı Şahin Həsənli cavab verir: "Ola bilər din xadimləri onlayn müraciət edib bayram namazının fəzilətlərindən danışa bilər. Amma bayram namazı o məsafədən qılına bilməz deyə insanlar özləri əda etməlidirlər. Onlayn şəkildə qədr gecələrində ortaq dualar oxundu, insanlar da təkrar edirdi”. 

Din xadimi bunu da bildirir ki, bayram namazı səhər gün çıxandan günorta azanına qədər qılına bilər: "Amma bayram namazının qılınması üçün ən münasib, ən fəzilətli vaxt günün təzə çıxdığı andır. Yəni saat 08:00-da və ya 09:00-da qılına bilər”.

Zülfiyyə Quliyeva

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo