23:18, 15 Noyabr 2020 (Bazar) 106

Belarusda aksiyalar: 700-dən çox saxlanan var

Belarusda aksiyalar: 700-dən çox saxlanan var


/ DÜNYA
"Vesna” insan haqları mərkəzinin məlumatına görə, noyabrın 15-də Belarusun müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 722 nəfər saxlanıb (TASS, 15 noyabr). 

Onların əksəriyyəti Minskdə nəzarətə alınıb. Saxlananlar arasında Brest, Bobruisk, Vitebsk, Grodno, Novopoltsk, Mogilyov və digər şəhərlərin sakinləri də var.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. 

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80,1% -ni toplayaraq altıncı dəfə prezident seçilib, Tixanovskaya isə ikinci yeri tutub. 

Ertəsi gün ölkədə səslərin saxtalaşdırılması iddiasıyla kütləvi etirazlar başlayıb və bu
aksiyalar hələ də davam etməkdədir.