21:08, 18 Avqust 2020 (Çərşənbə axşamı) 1273

Belarusda aksiyalar davam edir

 
 
Belarusda 9 avqustda prezident seçkiləri keçirilib.

Lakin seçki nəticələrinə etiraz olaraq ölkə boyu aksiyalar başlayıb.

Günlərdir davam edən aksiyalarda iki vətəndaş ölüb.

7000 etirazçı saxlanılıb və yüzlərcə etirazçı isə yaralanıb. İlk günlərdə polis həddən artıq güc tətbiq etsə də, 
son aksiyalarda  etirazçılara müdaxilə edilməyib.

Ölkənin bir çox sahələsində çalışan işçilər tətil elan edib.

Prezident Aleksandr Lukaşenko tətil elan edən  "Minsk Təkər Traktor Zavodu”nun işçiləri ilə görüşüb.

A.Lukaşenko çıxışı boyunca "ÇIX GET" şüarları ilə qarşılaşıb və bu şüarla da yola salınıb.

Zülfiyyə Quliyeva