19:44, 18 Oktyabr 2020 (Bazar) 67

Belarusda etiraz aksiyalarında 60-dan çox saxlanan var

Belarusda etiraz aksiyalarında 60-dan çox saxlanan var


/ DÜNYA
Belarusda insan haqları fəalları oktyabrın 18-də keçirilən etiraz aksiyaları zamanı  60-dan çox vətəndaşın tutulduğunu bildirirlər.

Bu barədə "Tass"ın teleqram-kanalı məlumat yayıb: "18 oktyabrda Minskdə və Belarusun digər şəhərlərində "Partizan yürüşü" baş tutub, saxlanılanlar var".

Saat 17: 40 üçün açıqlanan siyahıda 65 nəfərin adı var. Bu haqda "Viasna" insan haqları mərkəzi öz saytında məlumat verib.

Saxlanılanların 40 nəfərdən çoxu Minskdədir. Onların arasında iki jurnalist - Polşanın "Belsat" telekanalının müxbirləri Ales Lyubenchuk, "Belaruslar və Rynok" qəzetinin müxbiri Artem Mayorov da var.

Minsk polis idarəsi həbs faktını təsdiqləsə də, həbs olunanların sayını açıqlamayıb.
Avqustun əvvəlində Belarusda prezident seçkiləri keçirilib. 

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80,1% -ni toplayaraq altıncı dəfə prezident seçilib. 

Onun rəqibi Tixanovskaya isə ikinci yeri tutub. Ertəsi gün ölkədə kütləvi etirazlar başlayıb.
Belarusdakı aksiyalar hələ də davam edir.