Siyasət

Belarusda tətillər

14 Avqust, 2020
1168
Müxalifətin namizədi avqustun 15-16-da dinc küçə aksiyalarının keçirilməsini təmin etmək üçün şəhər merlərinə müraciət edib.

Belarusda müxalifətin namizədi Svyatlana Tsikhanouskaya yeni videomüraciətində bütün şəhərlərdə "dinc” etirazlar keçirməyə çağırıb. O, əhalini prezident seçkisinin saxtalaşdırılması iddialarının araşdırılması, bülletenlərin yenidən sayılması tələbilə anket imzalamağa səsləyib.

Avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələrinə görə, indiki prezident Alyaksandr Lukashenka 80 faizdən artıq səslə qalib elan olunub, Tsikhanouskaya-nın 10 faizdən də az səs yığdığı açıqlanıb.

Müxalifətin namizədi avqustun 15-16-da dinc küçə aksiyalarının keçirilməsini təmin etmək üçün şəhər merlərinə müraciət edib.

O, hakimiyyəti "dinc nümayişi qanlı qırğına çevirməkdə” ittiham edib.

"Belarusun küçələrində zorakılığı dayandırmaq vacibdir. Hakimiyyəti bunu dayandırmağa və dialoqa başlamağa çağırıram”, – o deyib.

Tsikhanouskaya Belarus hakimiyyətini zorakılıqdan çəkinməyə çağırıb, deyib ki, tərəfdarlarımı yalnız dinc aksiyalara, "həmrəylik zənciri”, eləcə də tətillər keçirməyə səsləyir.

Tsikhanouskaya seçkidə ona səs vermiş şəxslərdən imza toplanılmasına başlandığını açıqlayıb. Deyib ki, vebsaytına əlavə olunacaq xüsusi linkdə seçkidə onu dəstəkləyənlərin qeydiyyatı aparılacaq.

O, "cinayətkar əmrlərin” icrasından imtina edən hüquq-mühafizə əməkdaşlarına təşəkkür edib.

Müxalifətin namizədi bir neçə gün öncə Litvaya gedib. Tərəfdarları onun bu addımı təzyiq altında atdığını deyirlər. İnternetdə yayılmış videomüracitində o, əhalini küçələrə çıxmamağa çağırırdı. Tərəfdarlarının fikrincə, ona bu müraciəti şantaj və təhdid altında yazdırıblar.

Belarusda isə fabrik və şirkət işçiləri etirazlara qoşulmaqdadırlar.

Avqustun 14-də ölkənin qərbində yerləşən Hrodna şəhərindəki Hrodna Azot kimyəvi məhsullar zavodunun minlərlə işçisi tətilə çıxıb, zavod administratorları, şəhər rəhbərliyi ilə görüşüblər.


Fəhlələrin əllərində tutduqları plakatlarda "Biz Lukashenka-nın istefasını tələb edirik”, "Biz onu seçməmişik”, "Bizim səslər oğurlanıb” sözləri yazılıb.

Avqustun 13-də Minsk yaxınlığındakı Jodina şəhərində BelAZ zavodunun işçiləri tətilə çıxaraq yeni prezident seçkisi tələb ediblər. Bu zavodda yük maşınları, digər tikinti maşınları və avadanlıq buraxılır. Zavod rəhbərliyi dünən axşam işçilərlə görüşsə də, toplantıya media təmsilçiləri buraxılmayıb.

Zavodun işçilərindən biri AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, fəhlələr dörd tələb irəli sürüblər: Lukashenka və hökuməti istefa versin; etirazçılara qarşı polis zorakılığı dayandırılsın; bütün siyasi məhbuslar və son günlər həbs olunan minlərlə etirazçı buraxılsın; seçkiyə buraxılmayan namizədlərin iştirakıyla yeni prezident seçkisi keçirilsin.

Fəhlələr xəbərdarlıq ediblər ki, tələbləri avqustun 17-si günorta 3-dək rəhbərliyə çatdırılmasa, tətili davam etdirəcəklər.

Mer iclasdan getməli olub

BelAZ-dakı etirazdan sonra Jodinanın meri Dzmitry Zablotski şəhərdəki ticarət mərkəzində zavod fəhlələri və şəhərin digər sakinləri ilə elə dünən axşam toplantı keçirib. Görüşə minlərlə insan qatılıb.

Fəhlələr və digər sakinlər Zablotski-nin istefasını tələb ediblər, belə ki, o, şəhərdə etirazçıların kütləvi həbslərindən xəbərdar olduğunu deyib.

Adamlar "Çıx get!” deyə qışqırıblar və Zablotski podiumu tərk edib.

Yerli xəstəxananın həkimi görüşdə deyib ki, hər gün "dəhşətli yaraları olan şəxsləri bizə gətirirlər”, ömründə "belə yaralar görməyib”.

Görüşə yığışanlar ayaqüstü sorğu keçiriblər, əksəriyyət Tsikhanouskaya-ya səs verdiyini deyərək əlini qaldırıb.

Mediada gedən məlumatlara görə, hazırda Belarusda 20-dən artıq sənaye müəssisəsində minlərlə fəhlə ya tətil edir, ya da tətilə hazırlaşır.

Ancaq bu informasiya rəsmən təsdiqlənməyib, bəzi müəssisələrin işçiləri zavod, yaxud fabriklərin əsas hissələrinin fəaliyyəti davam etdirdiyini bildirir.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo