00:49, 26 İyun 2020 (Cümə) 1530

Bəxtiyar Hacıyev də Fazil Mustafadan şikayət etdi

Bəxtiyar Hacıyev də Fazil Mustafadan şikayət etdi
Siyasi fəal Bəxtiyar Hacıyev yenidən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə B.Hacıyev öz sosial media hesabıda məlumat paylaşıb.

O bildirib ki, BŞBPİ-yə yenidən çağırılma səbəbi  əlavə sualların olması ilə bağlıdır: "Şikayət üzrə əlavə suallar yaranmışdı”.

Bəxtiyar Hacıyev Toplum TV- yə açıqlamasında özünün də Fazil Mustafadan şikayət ərizəsi yazdığını bildirib: "Bu gün mən də öz şikayət ərizəmi Şəhər Baş Polis İdarəsinə təqdim etdim. Məhkəmə ərizəsi də hazırlanır, yaxın günlərdə təqdim ediləcək. Tələbim mənə və digər vətəndaşlara qarşı işlədilən  nalayiq ifadələrə görə üzr istənməsidir. İkinci olaraq Milli Məclisin rəhbərliyinə müraciət etmişəm ki, iltizam komissiyası deputatın ritorikasını araşdırsın. Məhkəmədə  əgər təzminat tələb olunarsa, onun ən təməl etik və tərbiyəvi təlimlərinə  sərf edilməsi kifayətdir”.

Bəxtiyar Hacıyev bir neçə gün öncə deputat Fazil Mustafanı xalqı "it sürüsü" adlandırdığı üçün tənqid etmişdi və bundan sonra deputat Fazil Mustafanın şikayəti əsasında iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdı.

Zülfiyyə Quliyeva