17:19, 13 Yanvar 2020 (Bazar ertəsi) 120

Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirir

Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirir
Fevralın 9-da keçiriləcək parlament seçkiləridə 29 saylı Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirib.

MeydanTV xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı məlumat paylaşan Bəxtiyar Hacıyev ona təhdidin telefon zəngi vasitəsilə olunduğunu deyib.
 
Onun sözlərinə görə, bu, yanvarın 13-də baş verib.

Bəxtiyar Hacıyen bununla bağlı bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini deyib:

"Məni hədələyib hansısa davaya çəkib diqqətimi yayındırmaq istəyirlər, amma heç nəyə nail olmayacaqlar”.

DİN mətbuat katibi Ehsan Zahidov Meydan TV-nin müvafiq sorğusuna cavab olaraq bildirib ki, əgər Bəxtiyar Hacıyev "qaynar xəttə” müraciət edibsə, məsələ araşdırılacaq.