Siyasət

Beynəlxalq təşkilat Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə açıq məktub yazıb

18 Sentyabr, 2020
245
"İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq təşkilatı Tofiq Yaqublunun qanunsuz hökmünü pisləyir və Prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələnin yenidən araşdırlması üçün addımlar atsın və Yaqublu dərhal və qeyd-şərtsiz buraxılsın.”

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı açıq məktubda Brüsseldə qərargahlanan IPHR təşkilatı müxalifət lideri Tofiq Yaqubluya 3 sentyabrda "xuliqanizm” maddəsi üzrə kəsilmiş uzunmüddətli həbs hökmünü qınayıb.

Yaqublunun saxlanması və mühakiməsi zamanı ədalətli məhkəmə standartlarının pozulduğunu vurğulayan təşkilat Yaqublunun məhz siyasi baxışlarına görə qisas xarakterli həbsə məruz qaldığını bəyan edir.

"Bu xahişin təcililiyi Tofiq yaqublunun sürətlə pisləşən sağlıq durumundan irəli gəlir,” məktubda qeyd olunur. "Bu, onun yeddi ildə üçüncü həbsidir.”

Məktubda Tofiq Yaqublunun azad olunması üçün keçirilən dinc aksiyanın dağıdılmasına da diqqət çəkilir.

"IPHR narahatdır ki, bu məsələ Azərbycan hökumətinin dissident səsləri susdurmaq üçün apardığı siyasətin tərkib hissəsidir. İnsanları siyasi mövqelərinə görə təqib etmək fundamental ifadə hüququnu tapdalayır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.”

Bu arada Bakı Apellyasiya Məhkməsi Tofiq Yaqublunun barəsində cinayət işi üzrə ilkin baxış iclasını sentyabrın 28-nə təyin edib.

"Qanunvericiliyə görə, məhkəmə baxışı şikayət daxil olduqdan sonra 15 gün ərzində təyin edilə bilər. Biz düşünürdük ki, məhkəmə Tofiq Yaqublunun səhhətinin pisləşməsini nəzərə alaraq məhkəmə baxışını tez təyin edəcək. Amma belə olmadı,” vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.

Sosial mediada müxalifət liderləri və digər görkəmli xadimlər İlham Əliyevin sərt tənqidçilərindən olan müxalifət liderinin azad olunmasına çağırıblar.

Bəziləri apelyasiya məhkəməsinin 11 gün sonraya təyin edilməsindən narazılıqlarını ifadə edib. Belə ki, 2 sentyabrdan bəri aclıq edən Yaqublunun sağlıq durumu sürətlə pisləşməkdədir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla bu gün, sentyabrın 17-də ona baş çəkəndən sonra Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.

"Bu gün 16-cı sutkadır aclığı davam etdirir. Vəziyyəti 16 sutka aclıq edən şəxsin vəziyyətinə adekvatdır. Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalşırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək,” həkim qeyd edib.

amerikaninsesi.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo