Sosial

“Bəzən elə yerlərdən keçməli oluruq ki, bir ayağımızı səhv qoysaq...”- Mənim hekayəm

4 İyul, 2020
1781
Ülvi Aslanbəyli ixtisasca coğrafiya müəllimidir, boş vaxtlarında dağçılıq, bələdçiliklə  də məşğul olur.

Söylədiyinə görə, doğulduğu yer təbiətlə iç-içə böyüməsinə səbəb olub. Ancaq sonralar tələbəlik, iş həyatına görə fiziki aktivliyi arxa planda qalıb. 

O, universitet bitirib, əsgərliyi də başa vurandan sonra sevimli məşğuliyyətinə qayıdıb: "Hər zaman şəhər həyatı, onun gətirdiyi sıxlıq və səs-küy özümü təbiətin qoynuna atmağa vadar edirdi.  Dağlarla ilk tanışlığım uşaqlıq və yeniyetməlik illərindən başlasa da,  yüksək dağlıq ərazilərə 2016-cı ildən çıxmağa başladım. Beləcə Azərbaycanın ən yüksək zirvəsi sayılan Bazardüzünə dırmanmağım özümə olan inamımı daha da artırdı. İçimdə dağları görmək, onları fəth etmək istəyini gücləndirdi”.
 
Dediyinə görə, hündürlüyü 2000-4000 metrarası dağları, həmçinin, Tufandağ (4191m), Qızılqaya (3726), Heydər (3751), Atatürk (3756) və s. kimi  hündürlükdə olan dağları fəth edə bilib.

Bu günə kimi çıxmış olduğu ən yüksək zirvə Ərdəbil yaxınlığında yerləşən, hündürlüyü 4811 metr olan Savalan dağı olub: "Səyahət edərkən təbiətə və tarixi məkanlara xüsusi önəm verirəm. 2019-cu il də İrana Savalan zirvəsi üçün getdiyimizdə yol yoldaşlarım işləri ilə əlaqədar qayıtmalı oldular, mən isə Təbriz şəhərinə gedərək oranın tarixi ərazilərini də gəzdim”.
 

 
"İnsan tək gəzəndə yollarda yeni insanlar yeni simalar kəşf edə, yeni dünyalar görə bilir”, - Ülvi Aslanbəyli deyir.

Dediyinə görə,  son bir neçə ildir tək gəzməyə üstünlük verir. Qarşılaşdığı əsas çətinliklərdən biri yol yoldaşı tapmaq məsələsidir:  "Doğrusu, bizim insanların əksəriyyəti daha çox süfrə, yeyib-içmək, rahatlıq adamlarıdır. Onlara dağa çıxmaq, çətinlik çəkmək, yorulmaq elə də cəzbedici gəlmir. Dağ və təbiət yürüşü bir az çətindir. Həm psixi, həm də fizioloji sağlamlıq tələb edir”. 

Ülvi Aslanbəyli deyir ki, əvvələr ailəsi dağ yürüşlərində iştirak etməsinə razı olmasalar da, zamanla onun seçimlərinə hörmətlə yanaşmağa başlayıblar. "Bilirsiniz, dağlar təhlükəlidir və səhvi bağışlamır. Bəzən elə yerlərdən keçməli oluruq ki, bir ayağımızı səhv qoysaq, bu, sonumuzu gətirə bilər. Dağların insana yaşatdığı bu həyəcan onları bizə daha çox sevdirir”,- o deyir.

"Bir dəfə İsmayıllıda dağlıq ərazidə 1500 m hündürlükdə olarkən ayağımı qoyduğum daş yerindən tərpəndi. O an yanımdakı yol yoldaşım daşı tutdu və mən yıxılıb zədə almaqdan sıyrıldım. O an keçirdiyim qorxu və həyəcanı yəqin bir ömürboyu  unutmayacağam. Hərdən dağlara çıxanda işlər qaydasında getməyəndə öz-özümə bir anlıq düşünürəm: Nədir axı məni bu qədər əziyyət çəkməyə vadar edən şey?

Elə də olur ki, hər hansı həyəcanlı anda özümə deyirəm, bu, son dırmanışdır, bundan sonra bir də risk almayacağam. Lakin zirvəyə çatıram və o an içimə dolan o xoşbəxtlik hissi...Və bütün bunlar məni davam etməyə motivasiya edir”, - Ülvi Aslanbəyli deyir.
 
Onun sözlərinə görə, gəzərkən xərcləri minimuma endirmək üçün nəqliyyata mümkün qədər az pul xərcləməyə çalışır. Bu baxımdan istifadə etdiyi vasitələrdən biri avtostopla yoluna davam etməkdir: "Amma bu üsul heç də həmişə uğurlu olmur və ölkələrə görə dəyişir. Dağıstanda yolda  piyada gəzəndə maşınlar özləri saxlayır və getdiyimiz yerə qədər bizi aparırdı. Ancaq bir dəfə səfər zamanı Gürcüstandan  Türkiyə keçdikdən sonra, 3-4 saat avtostop çəksək də, heç bir maşın saxlamadı”.

Onun dediyinə görə, getdiyi yerlərdə qarşılaşdığı insanların davranışları heç də həmişə xoş olmur: "Bəzi yerlərdə insanlar  uzaqdan gəldiyimizi, yorulduğumuzu gördükdə bizi evlərinə dəvət edir, yemək verirlər. Bəzən də bu münasibətin tam əksini görmək olur. Məsələn, keçən il bir dostumla Dağıstan səfərinə çıxanda yolumuz oranın ucqar dağ kəndlərindən birinə düşdü. Bura elə bir yer idi ki, normal avtomobil yolu belə yox idi. Çatışmazlıqlara baxmayaraq, kəndi gəzməyə, şəkil çəkdirməyə başladıqda yerli insanlar bunu xoş qarşılamadı və bizi buna görə sorğuladılar”.

Deyir ki, indiyə qədər getdiyi yerlər içərisində peşman olduğu, yaxud vaxt itkisi hesab etdiyi yer olmayıb: "İlk dəfə 2016-cı ildə Bazardüzü zirvəsinə qalxanda günəşin doğuşunu Azərbaycanın ən hündür yerindən izlədim. Ora qalxmaq üçün ən çətin yol olan Qəbələ marşurutu ilə getmişdik. O qədər yorğunluq və günəşin doğuşu... Məncə, buna dəyərdi”.
 

 
Söylədiyinə görə, bələdçiliklə  1 ilə yaxındır məşğuldur və bundan elə ciddi qazanc əldə etmir. Qazandığı pul daha çox yol xərclərinə və digər zəruri şeylərə çıxır: "Dostlarıma və məni tanıyan insanlara gəzdiyim yelər hər zaman maraqlı gəldiyindən onlar da mənimlə birlikdə gəzməyə başladılar. 2019-cu ildən başlayaraq dostlarımı, təbiəti sevən, onu görmək, kəşf etmək istəyən insanlarla birlikdə təbiətə yürüşlər təşkil etdik”. 

Ulvi Aslanbəyli gələcəkdə ekoturizm sahəsi ilə məşğul olmaq istədiyini deyir: "Fikrimcə, insan sevdiyi işi görməlidir. İxtisasımla məşğulliyyətim üst-üstə düşdüyündən mən hardasa qazanclıyam. Müəllim yoldaşlarım hər həftənin başlanğıcında hansı dağa getməyimlə maraqlanır. Şagirdlərim getdiyim yerlərdən olan şəkilləri gördükdə mənə suallar verir, onları da gəzdirməyimi istəyirlər. İnsanlara təbiəti tanıtmaq, onun gözəlliklərindən, həyatımızdakı yerindən danışmaq məni hədsiz sevindirir. Bu günə kimi ən böyük motivasiyam gəzintiyə apardığım insanların xoş təəssüratları, keçirdikləri fərəh hissi olub”. 
 

 
Bu baxımdan o, gələcəkdə də bu işlə peşəkar şəkildə məşğul olmağı, təbiətə ziyan vurmadan onu qorumağı və işini təbliğ etməyi düşündüyünü bildirir: "Bəzən elə yerlərə gedirik ki, hansı ki çox az insan o yeri tanıyır və şəkilləri gördükdə ora getmək istəyir. Əsas hədəflərdən biri insanalar tərəfindən az kəşf olunmuş yerləri üzə çıxartmaq  və mümkün qədər təbiətə az ziyan vurmaqdır”.
Mütəxəssislər deyir ki, bu gün uğurlu turizm siyasəti aparmaq istəyən Azərbaycan ərazisinin təxminən, 50%-ə qədərini dağlıq yerlər təşkil edir. Ancaq əlverişli şərait olmasına baxmayaraq, ekstrimal idman növlərinin inkişafı arxa planda qalıb. Bununla belə, gənclər arasında bu işə maraq göstərən, həvəskar şəkildə məşğul olanlar da var.

Roza Məmmədova
 

 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo