17:16, 20 Noyabr 2020 (Cümə) 105

Bill Qeyts koronavirusla bağlı bədbin proqnozlar verdi

Bill Qeyts koronavirusla bağlı bədbin proqnozlar verdi


/ DÜNYA

"Microsoft" şirkətinin rəhbəri və "Bill Qeyts" xeyriyyə fondunun təsisçisi Bill Qeyts yaxın 6 ayda koronavirusla bağlı vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırıb ("Daily Beast", 20 noyabr).

"Qışda şaxtalı havada virus daha tez yayılır, biz də də vaxtımızın çoxunu qapalı məkanlarda keçiririk, ona görə də bu yaxşı hal deyil. Bundan başqa, müəyyən yorğunluq baş verir, insanların etməli olduğu bəzi şeyləri etmək, məsələn, dostlardan uzaq qalmaq getdikcə çətinləşir", - deyə Qeyts bildirib. 

Milyarder deyib ki, qarşıdakı 6-8 ayda xəbərlər əsasən pis olacaq. Sonra isə vaksinlərin işləkliyi artacaq və beləcə, "tunelin sonunda işıq görünəcək". Bundan başqa, Qeyts açıqlaması zamanı növbəti dəfə onun haqqındakı konspirologiya nəzəriyyələrini - onun insanlığı çipləmək üçün pandemiyanın miqyasında maraqlı olması barədə iddiaları - rədd edib.