13:34, 22 İyul 2020 (Çərşənbə) 327

Bölgədən səslər: “Dərman almağa da pulum çatmır”


 
Lənkəran rayonunun sakini Zaman Mirzəyev maddi vəziyyətinin pis olmasından gileylənir.

O, məsələ ilə bağlı bir neçə dövlət qurumuna müraciət etsə də, nəticə əldə edə bilməyib.

Mirzəyev Zaman ünvanlı sosial yardım üçün müraciət edib, amma adına olan torpağa görə 190 manatı ala bilməyib.

Şikayətçi bildirir ki, beynində kista olduğuna görə müalicə alır.

O, müalicə üçün dərmana da pul çatdırmır.

Hazırladı:
Elməddin Şamilzadə
Arzu Çinarlı