10:15, 12 Dekabr 2019 (Cümə axşamı) 152

BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub

BMT: İraqda etirazlar zamanı 424 nəfər həlak olub


/ DÜNYA
İraqda oktyabrın 1-dən davam edən kütləvi etiraz aksiyalarının gedişatında 424 nəfər həlak olub, təxminən 9 min nümayişçi yaralanıb.

"Anadolu” agentliyi xəbər verir ki, bu rəqəmlər BMT-nin İraqa Yardım üzrə Missiyasının (UNAMİ) məruzəsində yer alıb.

Qeyd edilir ki, həlak olanların sayı daha çox ola bilər, çünki ölkə tibbi məntəqələri ölənlərin miqdarı haqqında rəsmi informasiya vermir.

Məruzədə qeyd edilir ki, ölkədə insan hüquqlarının pozulması halları, həmçinin hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni, qeyri-adekvat və güc tətbiqi halları davam edir.

Bundan başqa, missiya İraq hakimiyyətini aksiyalar zamanı saxlanılanlara qarşı pis rəftarda və onların hüquqlarının pozulmasında ittiham edib.

İraqda hökumət əleyhinə aksiyalar oktyabrın 1-dən davam edir.

Sakinlər ölkədə işsizliyə və korrupsiyaya qarşı etiraz edirlər.