12:55, 14 İyul 2020 (Çərşənbə axşamı) 208

BMT-nin Baş katibi bəyanat yaydı

BMT-nin Baş katibi bəyanat yaydı
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədində baş verənləri təcili dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

 BMT baş katibin rəsmi nümayəndəsi Stefan Dujarriç bu barədə bəyanat verib.

"Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin dislakasiyasi üzrə təcili addımlar atmağı çağırır", - Dujarriç vurğulayıb.

Onun sözlərinə görə  baş katib həmçinin, hər iki tərəfi, təxribatçı ritorikadan çəkinməyə çağırır.

Təşkilat rəhbəri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin "bu təhlükəli vəziyyətin həllində və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yolların axtarılmasında” göstərdiyi səyləri tam dəstəklədiyini bildirib.