Dünya

Bosniya miqrant düşərgəsini bağlamağı təxirə salır

9 Dekabr, 2019
453
Bosniya hakimiyyəti ölkənin şimal-qərbində müvəqqəti miqrant düşərgəsinin bağlanmasını qeyri-müəyyən müddətə təxirə salıb.

AzadlıqRadiosunun məlumatına görə, dekabrın 9-da Vucjak düşərgəsi bağlanmalıydı. Beynəlxalq ictimaiyyət yüzlərlə adamın orada qeyri-adekvat şəraitdə saxlanmasını sərt tənqid edirdi. Qırmızı Xaç bu düşərgədə 600-dək miqrantın saxlandığını bildirir.

Bosniyanın Əcnəbilərin İşləri üzrə Xidmətinin direktoru Rade Kovac dekabrın 9-da düşərgəyə baş çəkib. O, düşərgənin bağlanmasının təxirə salındığını, əlavə informasiya veriləcəyini deyib.

Yardım qrupları dəfələrlə xəbərdarlıq ediblər ki, Vucjak keçmiş zibilliyin yerində yerləşir, 1992-95-ci illər Bosniya müharibəsindən qalmış minalı əraziyə yaxındır, daimi suyu gəlmir, tualetləri yoxdur. Ötən həftə qar yağmağa başlayandan yaşayış standartları daha da pisləşib.

Kovac deyib ki, miqrantlar sonucda Sarayevo kantonundakı qəbul mərkəzlərindən birinə köçürüləcək. O, təxirəsalmanın səbəblərini açıqlamayıb. Amma medianın yazmasına görə, qərar qəbul mərkəzlərində adekvat şərait olmadığından ertələnib.

Bosniyanın Təhlükəsizlik naziri Dragan Mektic ötən həftə demişdi ki, Xorvatiya ilə sərhəddə yerləşən düşərgədə qalanlar regiondan kənardakı digər düşərgələrə köçürüləcək.

"Miqrantların gələn həftənin əvvəlindən bu məkandan digər qəbul mərkəzlərinə köçürülməsi, bu müvəqqəti düşərgənin bağlanması razılaşdırılıb”, – Mektic dekabrın 6-da bildirib.

Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatovic ötən həftə Vucjaka baş çəkib. O, düşərgə birdəfəlik bağlanmasa, ölümlərin qaçılmaz olması haqda xəbərdarlıq edib. "Düşərgəni bu gün bağlamasaz, adamlar sabah orada ölməyə başlayacaqlar”, – Mijatovic qarla örtülmüş düşərgədə olarkən jurnalistlərə deyib.

"Adamların çoxunun adekvat geyimi, ayaqqabısı yoxdur. Adamları bu şəraitdə saxlamaq qeyri-insani və qəbuledilməzdir”, – o vurğulayıb.

Amma bəzi miqrantlar qarlı-şaxtalı havaya baxmayaraq, sərhəddən uzağa getməkdən imtina edəcəklərini deyiblər. Bir çox miqrant ona görə Bosniyanın şimal-qərb hissəsinə yığışır ki, oradan qanunsuz olaraq Avropa Birliyinin üzvü Xorvatiyaya, daha sonra Qərbi Avropanın daha zəngin ölkələrinə keçməyi hədəfləyir.

Vucjakda qalan miqrantlar düşərgənin köçürülməsinə etiraz olaraq bir neçə gün yeməkdən imtina etmişdilər, dekabrın 7-də yenidən ərzaq qəbul ediblər.

Bosniyaya miqrantlar əsasən Serbiya və Monteneqrodan keçirlər. Onlar Yaxın Şərqdə, Afrika və Asiyada müharibədən, yoxsulluqdan qaçırlar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo