14:32, 01 Avqust 2020 (Şənbə) 666

Britaniya karantini yumşalda bildimi?

Britaniya karantini yumşalda bildimi?
Britaniyanın baş naziri Boris Johnson ölkədəki karantinin planlaşdırılan yumşaldılması üçün tədbirləri təxirə salmalı olub.

İyulun 31-də yumşaldılma tədbirlərinə bir neçə saat qalmış hökumət məhdudlaşdırıcı rejimin qüvvədə qalacağını bildirib.

İyulun son günündə Britaniyada may ayından bəri ilk dəfə olaraq yoluxmalar artıb.

Beləliklə hökumət kazinoları, buz meydançalarını və başqa əyləncə yerlərini avqustun 3-dən etibarən açmaq planlarından geri çəkilib.

Johnson mətbuat konfransında deyib ki, hazırda günə təxminən 4900 yeni yoluxma qeydə alınır. Halbuki iyunun sonlarında bu rəqəm 2000 idi.

Baş nazir bununla bağlı deyib: "Biz bu faktı sadəcə olaraq görməzliyə vura bilmərik. Yoluxmaların belə artması bizi virusun nəzarətdə saxlanması üçün əyləci basmağa məcbur edir”.

Johnson deyib ki, vəziyyətə iki həftədən sonra bir daha baxılacaq.

azadliq.org