11:45, 12 Dekabr 2019 (Cümə axşamı) 152

Britaniyada parlament seçkisidir

Britaniyada parlament seçkisidir


/ DÜNYA
Dekabrın 12-də Britaniyada parlament seçkisi keçirilir. 

AzadlıqRadiosunun yayımladığı məlumata görə, bu seçkinin nəticəsi ölkənin Avropa Birliyindən ayrılması, yaxud onun tərkibində qalmasının taleyini həll edəcək.

650 seçki dairəsindən namizədlər İcmalar Palatasına düşməkdən ötrü səslərin çoxunu yığmalıdırlar.

Bu ay Britaniyanın altı sorğu firması ictimaiyyətin Baş nazir Boris Johnson-un başçılıq etdiyi Mühafizəkar Partiyasına üstünlük verdiyini üzə çıxarıb. Johnson "Breksiti başa çatdırmaq” vədei verib.

İkinci yerdə isə Jeremy Corbyn-in rəhbərlik etdiyi Leyboristlər müxalifət partiyasıdır. Corbyn isə Breksitin şərtlərini yenidən müzakirə etmək və yeni şərtlərlə başqa bir referendum keçirməyi təklif edib. Bu halda 2016-cı il referendumunun əks prosesi baş verər. Həmin referendumda ölkənin AB-dən çıxmasına səs verildi.

Sorğulara görə, iki böyük partiyadan heç biri azı 326 yeri qazana bilməyəcək.

Hökuməti formalaşdırmaqdan ötrü qalib tərəf daha kiçik partiyalarla formal koalisiya qurmalı olacaq.

Son illərin səsvermə trendi ənənəvi partiyaya inamda çat yarandığını, daha kiçik partiyaların populyarlığının artdığını üzə çıxarır.