10:23, 04 Dekabr 2019 (Çərşənbə) 155

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryan arasında görüş olacaq. 

"Report" xəbər verir ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər. 

Dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.