11:54, 26 Mart 2020 (Cümə axşamı) 104

Bu il Türkiyə ilə 38 mln. bareldən artıq neft nəql edib

Bu il Türkiyə ilə 38 mln. bareldən artıq neft nəql edib
Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 38,05 mln. barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azdır.

APA-nın Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-fevral aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 39,71 mln. barel neft nəql edilib.