Sosial

“Burda adamı virus yox, natəmizlik, səhlənkarlıq öldürür”

25 İyun, 2020
864
"Aynur, yaza bilmirəm, anan qurban, danışıram, qulağ as... Bu səsi silmə, mən sənə deyəndə, götürüb gedərsən Səhiyyə Nazirliyinə. Mən bura gələndən tibb bacıları da, xadimələr də axşamdan bir otağa girirlər, qapını bağlayırlar, süfrə açırlar, yeyib-içirlər. Anan qurban, elə bil hansısa xarici otelə istirahətə gəliblər. Düzdü, burada qızdırması düşənlər də var, mənim kimi can verənlər də. Bala, heç denən, gəlib yoxlayırlar? Bu səsi silmə, anan qurban... Bala, bu gecə öz tüstümə yanmışam. Xadimə yeyib-içib, axşamdan çıxıb gedib evinə. Tibb bacısı da girib otağına, qapını arxadan bağlayıb. Qapını döyüb güclə çıxartmışam dəhlizə. Gəlib təzyiqimi ölçüb, demişəm nə olar, qızdırmamı da ölç deyir, yoxdu qızdırman. Dedim, ay qız, yanıram. Gətirib qızdırmaölçəni qoyub, deyir, 37-di. Dedim, a qızım, nə 37, yaxşı bax, özüm görürəm ki, 38.9-du. Anan qurban, bu səsi silmə, mənim başıma bir iş gəlsə ...”

Bu səsin sahibi 63 yaşlı Təranə Abdullayeva iyunun 16-da elə bu səsi "WhatsApp” vasitəsilə ailə üzvlərinə göndərəndən təxminən 1 saat sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koronavirusdan (COVİD-19) həyatını itirib.

"Anan qurban, bu səsimi silmə”

Təranə xanım övladlarına göndərdiyi bu səsin gerisində deyir ki, həkimlərin adlarını bilmir, ancaq hamısının xəstələrə yanaşması eynidir:

"... Burda virus adamı öldürmür, burda adamı öldürən natəmizlik, həkimlər, səhlənkar tibb bacıları, özlərini beşulduzlu otellərdə hiss eləyən xadimələrdi... Anan qurban, bu səsimi silmə, qızdırmam var, hələ mənə zəng eləmə, bəlkə yatdım, zəng edərsən, açmaram, qorxma, bu gecə yatmamışam. Özünüzdən muğayat olun, çalışın xəstələnməyin, xəstəlik adamı öldürmür, həkimlər öldürür, bala...”
 
 
 
Koronavirusdan vəfat edən 63 yaşlı Təranə Abdullayeva
Mənbə: Meydan TV

"Xəstəxananın həyətindəki skamyada can çəkişirdi”

Təranə xanımın bacısı qızı Ayla Kərəmi Meydan TV-yə danışır ki, bir neçə gün imiş Təranə xanım özünü yaxşı hiss etmirmiş, ancaq övladlarına bildirmirmiş. Hərarəti düşməyəndə övladlarına xəbər verib. Övladları dava-dərman etsələr də, fayda verməyib. İyunun 14-də təcili yardım çağırılıb:

"Xalam 271 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Bildiyiniz kimi, karantinlə əlaqədar aylardır ki, məktəb bağlanmışdı. Yoldaşı dünyasını dəyişib, qızları ailə qurub. Tək yaşayırdı. Biz xəbər tutanda artıq neçə gün imiş ki, qızdırması 39.5-dən düşmürmüş. İyulun 14-də təcili yardım çağırdıq. Həkim test üçün yaxma götürmədi, xalama eləcə baxıb dedi ki, koronavirus əlaməti yoxdur. Ancaq ağciyərləri yoxlatdırmağı məsləhət gördü. Elə həmin gün onu UZİ-dən keçirtdik, UZİ-nin nəticəsinə baxan həkim dedi, təcili Ağciyər İnstitutuna götürün. Apardıq, xəstəxana qəbul etmədi, xalam saatlarla halsız vəziyyətdə, xəstəxananın həyətindəki skamyanın üstündə can çəkişə-çəkişə qaldı. Axırda xalam qızları səs-küy saldılar, çünki artıq xalam qızdırmadan huşunu itirirdi. Qızlar qışqırdı ki, anamız ölür, xəstəxanaya qəbul edin, kömək edin. Həmin gün xalamı xəstəxanaya qəbul etdilər”.




"Ağır xəstəni Bakıdan Sabirabad xəstəxanasına aparıblar”

Ayla Kərəmi deyir, xəstəxanaya qəbul olunandan bir qədər sonra Təranə xanım qızlarına yazıb ki, saatlar keçməsinə baxmayaraq, hələ bircə dəfə də ona həkim yaxınlaşmayıb, qızdırmasını ölçən, halını soruşan olmayıb. Sabahı gün – iyunun 15-də Təranə xanımın ailə üzvləri xəbər tutub ki, onu təcili yardım maşını ilə Ağciyər İnstitutundan Sabirabad Rayon Mərkəzi Xəstəxanasına götürürlər:

"Xalamın telefonuna zəng çatmırdı. Biz narahat idik, vəziyyətini öyrənmək üçün Ağciyər İnstitutu ilə əlaqə saxlaya bilmirdik. Daha doğrusu, həkimlər zənglərimizə cavab vermirdi. Həftəsonu karantini ilə əlaqədar isə evdən çıxa bilmirdik. Nəhayət, xalam özü zəng vurdu. Dedi ki, Bakıdan onu təcili yardım maşınına qoyub hansısa rayona aparırlar. Xalama xəstəxanadan çıxanda evə zəng vurmağa da imkan verməyiblər ki, məlumat versin. Sonra zəng vuranda dedi ki, onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Səbəbini özü də bilmir. Biz rayona gedə bilmirdik, çünki yollar bağlıdır, nə edəcəyimizi bilmirdik. Sabahı gün xalam bizə səs atdı, o səsi sizə göndərmişik, dinləmisiz, həkimlərin ağır xəstələrlə davranışından narazılıq edirdi. Deyirdi, başıma bir iş gəlsə, özüm olmasam da, səsimi götürüb Səhiyyə Nazirliyinə gedərsiz...”

"Meyit izolyasiya olunmamışdı, özümüz dəfn elədik”

Ayla xanım deyir, Təranə xanımın ölüm xəbərini xəstəxananın baş həkimi mərhumun qohumu olan bir həkimə telefonla bildirib. Sonra cənazə Bakıya gətirilib:

"Xalamı kəfənə bükmüşdülər, halbuki, deyilənə görə, koronavirusdan ölənləri xüsusi izolyasiya qaydasında bükürlər, özləri dəfn edirlər. Xalamın evi Bakıxanovda qəbiristanlığın yaxınlığındadır. Elə mənim qardaşım və xalamın kürəkəni apardı, qəbirin içinə də qardaşımla xalamın kürəkəni düşdü, hər şeyi özləri etdi”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib ki, Təranə Abdullayevaya ilkin yardım göstərildikdən sonra o, yer çatışmazlığına görə təcili yardım maşını və həkim briqadası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, Təranə Abdullayeva digər xəstələr kimi izolyasiya şəraitində, yüksək səviyyədə müalicə alıb. Ancaq Təranə Abdullayeva xəstəxanaya daxil olarkən artıq gec olub, şəkər xəstəsi olması isə vəziyyətini daha da ağırlaşdırıb.

Meydan.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo