16:08, 15 Oktyabr 2020 (Cümə axşamı) 72

BVF-nin baş direktoru: “Son 10 ildə iqlimlə əlaqəli fəlakətlərin səbəb olduğu birbaşa zərər 1,3 trln. ABŞ dollarına yaxın olub”

BVF-nin baş direktoru: “Son 10 ildə iqlimlə əlaqəli fəlakətlərin səbəb olduğu birbaşa zərər 1,3 trln. ABŞ dollarına yaxın olub”
Son 10 ildə iqlimlə əlaqəli fəlakətlərin səbəb olduğu birbaşa zərər 1,3 trln. ABŞ dollarına yaxın olub. 
 
Bunu Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristalina Georgiyeva deyib. 
 
Onun sözlərinə görə, iqlim dəyişikliyi potensial olaraq "COVID-19” pandemiyası böhranından daha böyük problemə çevrilə bilər:  "İndi yaşıl investisiyaların tam vaxtıdır. Aşağı faiz dərəcələrini nəzərə alsaq, bu günün düzgün investisiyası sabah dörd dəfədən çox dividend verə bilər". 
BVF-in baş direktoru əlavə edib ki, sözügedən sərmayələr gələcəkdə zərərlərin qarşısını ala, iqtisadi faydanı təmin edə və hamı üçün sosial və ekoloji üstünlüklər qazandıra bilər.