16:16, 15 İyul 2020 (Çərşənbə) 159

Böyük Britaniya Ermənistan-Azərbaycanı təmkinli olmağa çağırıb

Böyük Britaniya Ermənistan-Azərbaycanı təmkinli olmağa çağırıb
Böyük Britaniya XİN-i  Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa çağırır.

"Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan itkisi ilə bağlı təəssüflənir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmətlə yanaşmağa, vəziyyətin gərginləşməsinə və daha çox itkiyə yol verməmək üçün dialoqa çağırırıq"

London Azərbaycan və Ermənistanı təmkinli olmağa, gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırıb.

Böyük Britaniya  ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəklədiyini bir daha bəyan edib.

Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olduğunu göstərdi.
 
 
turan.az