16:37, 06 İyul 2020 (Bazar ertəsi) 538

Cəbhəçi fəala 15 sutka həbs verildi

Cəbhəçi fəala 15 sutka həbs verildi
Daha bir cəbhəçiyə inzibati həbs verilib.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi öz feysbuk səhifəsində yazıb.

O, Göyçay rayon AXCP təşkilatının fəalı Qaçay Qafarova 15 sutka verildiyini bildirib. 

"Hakimiyyət nə etmək istədiyini özü bilmir, nə etməli olduğunu deyənləri də həbs edir. Bu, AXCP-yə qarşı repressiyadır və siyasi sifarişdir”, - S.Həzi qeyd edib.

Qaçay Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur. 

Bir neçə gün öncə Qaçay Qafarov sosial şəbəkədə Azərbaycan polisinin fəaliyyəti haqqında status paylaşıb. Bundan sonra  onun polis tərəfindən saxlanılıb.

Vüsalə Mikayıl