Siyasət

Cəbhəçi qadının polis şöbəsində döyüldüyü bildirilir

31 May, 2020
1620
Siyasi fəal Gülnarə Rəhimova polis təzyiqinə məruz qaldığını deyir. 

O, bu barədə öz feysbuk hesabında yazıb. 

Fəal deyir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları onu itələyiblər, nəticədə pilləkənlərdən yıxılıb. 

Gülnarə Rəhimovanın sözlərinə görə, mayın 31-i səhər saat 10 radələrində Nizami Rayon Polis İdarəsinin əməkdaşı ilə Xətai polis işçiləri evinə gələrək  onu 6 yaşlı qızı ilə birlikdə izahat almaq üçün Nizami Rayon Polis İdarəsinə aparıblar. 

Qadın deyir ki, izahat verərkən sübutları göstərmək üçün telefonunu koddan çıxarıb, öz istəyi ilə telefonu müstəntiqə verib: "Mən gördüm ki, müstəntiq telefonuma müdaxilə edir, şəxsi şəkillərimə baxır. Etirazımı bildirdim. Telefonu almaq istədikdə məni otağında itələdi, kobudluq etdi”. 

Rəhimova deyir ki,  o,  buna etiraz olaraq dəhlizə çıxıb, müstəntiq ona yenidən kobudluq göstərməsin deyə pilləkənlərdən düşərək qaçıb: "4-cü  mərtəbən 3-cü mərtəbəyə kimi düşə bilsəm də, daha sonra düşə bilmədim, başım gicəlləndi və 3-cü mərtəbənin pilləkənlərindən  2- ci mərtəbənin dəhlizinə yıxılıb huşumu itirdim”. 
 

 
Zərərçəkən ayılanda görüb ki, üstü bütün sudur, üzünə su vurublar: "Ayıldıqda başımın üstündə, bəlkə, bir 10 nəfər polis var idi. Bir az sonra qızımın qışqırtılarını eşitdim, sanki yuxudan ayıldım. Qızımın səsi aşağı mərtəbədədən gəlirdi. Düşərkən gördüm ki, nəfəsim kəsilir. Qapıya çıxmaq istəyəndə polislər üstümə cumdular, müqavimət gostərdilər, məni yerdə sürüdülər”. 

Gülnarə Rəhimovanın sözlərinə görə, özünü rəis kimi təqdim edən insan polislərə mane olmaq əvəzinə, onun üstünə bağırıb: "Sanki məni vurmağa hazırlaşırdı. Bir sözlə, mənə qarşı kobudluq etdilər. Təcili yardım çağırdılar, çünki  artıq gəzə bilmirdim. Bədənimdə, başımda güclü ağrılar var idi. Təcili yardım gəlib mənə sakitləşdirici iynə vurdu. Həkim xəstəxanaya aparılmağımın vacib olduğunu bildirsə də, icazə vermədilər. Mənim təcili tibbi yardımdan imtina etməyimi istədilər. Mən isə qətiyyətli şəkildə imtina etmədim”. 

G.Rəhimova deyir: "Sonda protokol yazıldı ki, guya o, öz istəyi ilə təcili yardımın çağırılmasını istəyib. Guya mən oradan çıxanda pilləkənlərdə ayağım burxulub. Mən müstəntiq tərəfindən olunan kobudluğa etiraz olaraq  pilləkənə qaçdığımı təkid etsəm də, öz bildikləri kimi protokollaşdırdılar”. 

"Təcili tibbi yardım maşını məni Sabunçu xəstəxanasına gətirdi. Ayağıma gips qoyuldu. Başımda ağrılar, qolumda cırmaq izləri var”,  - Gülnarə Rəhimova bildirib. 
 

 
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Toplum Tv-yə məsələdən xəbərsiz olduğunu deyib. 

Elmar Əziz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo