00:28, 16 İyul 2020 (Cümə axşamı) 276

Cəbhədə və Bakıda baş tutan hadisələrin qısa xronikası

 
 
 
İyulun 12-də Azərbaycan – Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub.
 
Eyni gündə Azərbaycan ordusunun 3 hərbiçisi şəhid olub. İyulun 13-ü Qaradağ rayonunun Qobu qəsəbəsində bir qrup məcburi köçkün Qarabağ üçün aksiya edib. Aksiya iştirakçıları Qarabağa getmək üçün Bakının mərkəzinə irəliləməyə cəhd edib.

İyulun 14-ü Azərbaycan ordusu 7 şəhid verib. Onlardan dördü yüksək rütbəli zabitdir. Bunlardan ikisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevdir.

Bundan başqa 2 mayor, 2 gizir və 1 nəfər MAXE şəhid olub.

Bakıda şəhid xəbərini alan sakinlər küçələrə axın edib. Yürüş iştirakçıları küçələrdə "Qarabağa azadlıq!” "Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirib.

Əvvəlcə polislər şüar səsləndirən sakinlərə qarşımayıb, onlarla birgə yürüşdə iştirak ediblər.

Daha sonra bir qism şəxs parlament binasına daxil olub, polis su şınqırandan, gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edərək izdihamı dağıtmağa çalışıb.

Rəsmi məlumata görə, dünən gecə baş verən hadisədə 7 polis müxtəlif dərəcəli xəsarət alıb.
 
Eyni zamanda iki xidməti avtomobil yararsız hala salınıb.

Hazırda yürüş iştirakçılarından bəziləri saxlanılıb. Onlar arasında yaralılar da var.

Hadisəni törədənlərlə bağlı cinayət işi açılıb.

Hazırladı: Arzu Çinarlı