Sosial

Cəbrayıl köçkünü: "Diz çöküb torpağı öpəcəm, sonra uzun-uzadı evimizə baxacam"

24 Oktyabr, 2020
742
Yasamal rayonundakı bu yataqxanada məcburi köçkünlər yaşayır.
 

 
86 yaşlı Firuzə Musayeva Cəbrayıl rayonundandır. O vaxt döyüşlər başlayanda hər gün ailəsiylə birlikdə zirzəmidə gizlənirmiş. Rayona atılan bombalardan biri evlərinə çox yaxın yerə düşübmüş: 
- Qonşumuzun da evi çox zədələndi, bizimki də. Bomba partlayanda qorxudan ürəyim getmişdi...


 Firuzə Musayeva 

Ondan sonra İmişliyə getdik, bir vaxtdan sonra da Bakıya köçdük. Bala, evimə qayıtdığım gün diz çöküb torpağı öpəcəm, sonra uzun-uzadı evimizə baxacam. Bəlkə özüm görə bilməyəcəm o günü, amma uşaqlarım mütləq gedəcək...
 

 Yusif Şirinov

Firuzə ananın oğlu Yusif Şirinov deyir ki, işğaldan keçən 27 il boyu az qala hər gün Cəbrayılın işğaldan azad edilməsi xəbərini gözləyib: 
- Hazırlaşırıq, tezliklə evimizə qayıtmaq istəyirik. Ora çatanda ilk işim həsrətində olduğum torpağı öpmək olacaq. Sonra da məzarlığa gedib əzizlərimin qəbirlərini ziyarət edəcəm...
 

Zümrüd Əsədova
 
Zümrüd Əsədova kənddən çıxanda 4 yaşı olduğunu deyir: 

- Biz avqustun 23-də çıxdıq evimizdən, rayonumuz işğal edilən gün... Atam heç getmək istəmirdi, evini, yurdunu qoyub getmək pisinə gəlirdi. Saatlıda yaşayan bibim iki dəfə ardımızca "Kamaz" göndərəndən sonra birtəhər razı saldıq.  Atışma səsləri altında, İran sərhəddiylə getdik. 

Qapımızda böyük bir qoz ağacı vardı, nənəm həmişə onun altında oturub yuxa salardı. Mən, bacım, qardaşım, məhəllə uşaqları - yığışıb o ağacın altında oynayardıq. Başımızın üstündən qırıcı təyyarələr uçub gedirdi, həm də yaxından uçurdular ki, ağacın budaqları sınıq-sınıq olurdu. Bacım və qardaşım qorxudan ağlamağa başlayırdılar. İndi bunu yadımıza salıb gülürük, çünki belə vaxtlarda o, adətən, qaçıb nənəmin ətəyinin altında gizlənirdi. 
Cəbrayılın azad edilməsi xəbərini eşidəndə sevincimdən ağladım. Elə istəyirdim ki, övladlarım da orda böyüsünlər... Böyük oğlumun 13, kiçiyin 11 yaşı var. Əsgərlərimiz haranı işğaldan azad edirlərsə, Azərbaycanın xəritəsində işarələyirlər. Kəndimizin - Soltanlı kəndinin azad olunacağı günü səbirsizliklə gözləyirlər ki, onu da işarələsinlər...
 







 
Fərqanə Novruzova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo