Sosial

Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxanlar var

10 İyul, 2020
878
Sosial şəbəkələrdə cəzaqçəkmə müəssisələrində çoxsaylı məhbusun COVİD-19 infeksiyasına yoluxması ehtimalı barədə çoxsaylı statuslar yer alıb.

Statuslardan birində deyilir ki, 2 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir.

"Qızdırmalı xəstələrin sayı günbəgün artır. TƏBİB-in nümayəndəsi dünən (iyulun 9-da) cəzaçəkmə müəssisəsində olub, cəmi 25 nəfər sağlam məhbusdan test götürülüb. Yəqin götürdükləri analizə görə xəstəlik yoxdur deyəcəklər. Qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır. Hamısı bir məhbus həkimin ümidinə qalıb. Verilən dərman isə təkcə parasetomoldur. Huşunu itirən, ağır vəziyyətdə olan xəstələrin bir neçəsinə sistem köçürülüb. Məlumat dəqiqdir, qardaşımla indicə danışmışam, dünəndən onun da qızdırılması var, nəfəs almasında çətinlik var,” jurnalist Təzəxan Mirələmli facebook səhifəsində yazıb.

Amerikanın Səsi gün ərzində müxtəlif cəzaçəkmə müəssisələrinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə, Ədliyyə Nazrliyinə bununla bağlı müraciətlər etsə də məlumat ala bilməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozitiv çıxıb.

"Bu şəxslərdən ikisi vaxtından əvvə şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib,” o qeyd edib.

Bununla yanaşı, çixsaylı vətəndaş cəmiyyəti fəalları, icitimai-siyasi xadimlər ölkə başçısına müracət edərək az ağır cinayətdə suçlu bilinən və siyasi məhbusların azadlığa buraxılmasını xahiş edir.

Müraciətdə deyilir ki, COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.

"Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, müraciətdə deyilir.

Onlar hesab edir ki, penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.

Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.

Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo