14:47, 26 Oktyabr 2020 (Bazar ertəsi) 105

Co Bayden Rusiyanı ABŞ-ın bir nömrəli düşməni adlandırdı

Co Bayden Rusiyanı ABŞ-ın bir nömrəli düşməni adlandırdı
ABŞ-da Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden 25 oktyabrda CBS kanalına verdiyi müsahibəsində  Çin və Rusiya haqqında danışıb. 

Onun sözlərinə görə, Rusiya ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyi üçün əsas təhdid, Çin isə "əsas rəqibdir". 
 
"Bizim əlaqələrimizi qurmağımızdan aydın olacaq ki, rəqabətə, yoxsa güclənməklə əlaqədar daha ciddi qarşıdurmaya keçəcəyik" - Bayden Çinlə bağlı suala cavab verərkən belə deyib.

Seçki təşviqatı çərçivəsində keçirilən debatların birində Bayden hazırkı prezident Donald Trampı Rusiya prezidenti Vladimir Putinin küçüyü adlandırmış, onu Putinə qarşı çıxmaqdan qorxmaqda ittiham etmişdi.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.