16:20, 24 Sentyabr 2020 (Cümə axşamı) 132

Daha 19 şagird virusa yoluxub

Daha 19 şagird virusa yoluxub
Təhsil Nazirliyi sentyabrın 24-nə olan koronavirus statistikasını açıqlayıb.

Açıqlamaya görə, gün ərzində təhsil işilərindən 3 nəfər "Covid-19” virusuna yoluxub. 

Virusa yoluxan şagirdlərin sayı isə 19 nəfərdir.

Nazirliyin məlumatında şagirdlərdən 94-nün, işçi heyətindən isə 2 nəfərin hərarətinin 37°-dən yüksək olduğu bildirilir. 

Gün ərzində 3 sinif distant təhsilə keçirilib. 

Bu günə qədər ümumi təhsil müəssisələrində ümumilikdə 1 məktəb və 9 sinif distant təhsilə keçirilib.

Şəbnəm Adil