14:02, 01 İyul 2020 (Çərşənbə) 431

Daha 250 nəfər Dağıstanla sərhədi keçdi

Daha 250 nəfər Dağıstanla sərhədi keçdi
Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir Putin arasında videokonfrans zamanı bildirilib.

"Bu və ya digər tərəfdən vətəndaşların keçid tempi artırılıb. Bu gün növbəti keçid baş verir”, - RİA agentliyi V.Vasilyevdən sitat gətirib.

Dağıstan hakimiyyətinin məlumatına görə, Qullar qəsəbəsinin yaxınlığındakı səhra hospitalında yerləşmiş 250 vətəndaş iyunun 30-da Azərbaycana göndərilib. Hazırda orada təxminən bir o qədər adam qalır.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev də  Dağıstandan vətəndaşların böyük bir qrupunun keçdiyini təsdiqləyib.

turan.az