15:46, 18 Oktyabr 2020 (Bazar) 83

Daha 647 nəfər koronavirusa yoluxub

Daha 647 nəfər koronavirusa yoluxub
Azərbaycanda oktyabrın 18-də 647 nəfər COVID-19-a yoluxub, 134 nəfər sağalıb, 3 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Rəsmi məlumata görə bu günə qədər ölkədə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 37 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 24 test aparılıb. Bugünkü test sayı isə 9 089-dür.

Son bir həftədə koronavirusa yoluxma sürətlə artdığından oktyabrın 19-dan metropolitenin hərəkəti məhdudlaşdırılır, bütün təhsil müəssisələrində iki həftəlik tətil elan olunur.