15:23, 27 İyun 2020 (Şənbə) 459

Daha bir AXCP fəalı həbs edilib

Daha bir AXCP fəalı həbs edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Faiq Rəşidov inzibati qaydada 10 sutka müddətinə həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

O, iyunun 26-da İsmayıllı şəhərində yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Bu gün isə rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (yayılması qadağan olunmuş informasiyanın informasiya İnternet-resursunda yerləşdirilməsi, həmçinin belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi üzrə təqsirli bilərək 10 sutka həbs edib.

AXCP-də ittihamı uydurma hesab edirlər və fəalın sosial şəbəkələrdəki tənqidi yazılarına görə ifadə azadlığının pozulması kimi dəyərləndirirlər.

Partiyada qeyd edildiyi kimi, bundan öncə də F.Rəşidov öz siyasi baxışlarına və sosial şəbəkələrdə fəallığına görə dəfələrlə təzyiqlərə məruz qalıb.

DİN-dən şərh almaq mümkün olmadı.