13:58, 07 İyul 2020 (Çərşənbə axşamı) 488

Daha bir həkim koronavirusdan ölüb

Daha bir həkim koronavirusdan ölüb
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

APA-nın məlumatına görə, Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimlinin bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.