15:41, 31 İyul 2020 (Cümə) 529

Daha bir həkim koronavirusdan vəfat edib

Daha bir həkim koronavirusdan vəfat edib
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin həkimi Teymur Cəfərov koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
 
Müdafiə Nazirliyi məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O, iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.