17:25, 06 İyul 2020 (Bazar ertəsi) 322

Daha bir neçə rayona yeni prokurorlar təyin olundu

Daha bir neçə rayona yeni prokurorlar təyin olundu
Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a məlumat verilib.

 Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bundan başqa, baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini  vəzifələrinə təyin ediliblər.