Siyasət

Deputat: “Bu mövzu ətrafında konsensus əldə etmək həmişə çətin olub”

4 İyul, 2020
1076
Pandemiya dönəmində amnistiya aktının qəbul edilməsi ilə bağlı imza kampaniyasına başladılıb. 

Kampaniyanın təşəbbüskarı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. 
Vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri, vəkillər, siyasi fəallar, o cümlədən müxtəlif qurumlarda çalışan vətəndaşlar Prezident İlham Əliyevə müraciət göndərib. 

Müraciət amnistiya elan edilməsi haqqında qərarın və məhkum edilmiş bir sıra şəxslərin azad olunması barədə sərəncamın qəbul edilməsi məqsədi daşıyır. 

Müraciətdə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyatı təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması baxımından amnistiya aktının qəbulunun zəruriliyi vurğulanır. 

"Penitensiar müəssisələrdə kiminsə COVİD-19 virusuna yoluxacağı təqdirdə xəstəliyin zəncirvarı olaraq yayılmasının qarşısını almaq çətin olacaq”, – müraciətdə deyilir. 

İctimai fəallar COVİD-19 pandemiyası dönəmində insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin prioritet məsələsinə çevrilməsini zəruri hesab edir. 

Təşəbbüskarlar müraciətdə amnistiya aktının böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla), azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş, qadınlar, yetkinlik yaşına çatmayanlar, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə etməsini qeyd edib. 

Onlar əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və AŞPA-nın 30 yanvar tarixli qətnaməsi ilə siyasi məhbusların da salınmasını təklif ediblər.

Azər Qasımlı: "Dəfələrlə belə müraciətlər edilsə də, nəticəsi olmayıb”
 

 
Politoloq Azər Qasımlı irəli sürülən təşəbbüsü normal dəyərləndirib.
Onun qənaətincə, müraciət qəbul olunduğu təqdirdə onu yaxşı dəyərləndirmək mümkün olacaq. 

Azər Qasımlı qeyd edib ki, dəfələrlə belə müraciətlər olunsa da, nəticəsi olmayıb: "Hakimiyyətin müraciəti qəbul etməsi sual altındadır”.  

Azadlığın siyasi məhbusların haqqı olduğunu deyən politoloq məsələnin həll olunması istiqamətində əlavə hər hansı bir işin görülməsini sivil toplumun daha yaxşı biləcəyini də əlavə edib.   

Zahid Oruc: "Sanki siyasi məhbusları toxunulmaz elan ediblər”
 

 
Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc isə Toplum tv-yə açıqlamasında bildirib ki, bu məsələ ətrafında konsensus əldə etmək həmişə çətin olub. 

O, amnistiya ilə bağlı müraciət edən şəxslərin daha çox siyasi məhbuslara kökləndiyini vurğulayıb: "Sanki siyasi məhbusları toxunulmaz elan ediblər. Halbuki Azərbaycanda qeyri-siyasi motivlərlə həbs olunmuş minlərlə insan var”. 

Deputat təşəbbüskarların müraciətinə normal münasibət bəslədiyini söyləyib. Onun sözlərinə görə, müraciət humanist ideyalara dayanırsa, orada ittihamedici ifadələrə yer verilməməlidir. 

"Bu müraciəti digər QHT strukturlarından da almaqdayıq. Yetər ki, məram xoş olsun”, - Zahid Oruc əlavə edib. 

O, sonda dövlət strukturları tərəfindən müraciətin qiymətləndiriləcəyini və cavablandırılması üçün hüquqi addımlar atılacağını da deyib.   

Səməd Rəhimli: "Bu məsələylə bağlı Prezidenti və ya parlamenti məcbur edən hər hansı bir hüquqi norma yoxdur”
 

 
Hüquqşünas Səməd Rəhimli isə deyir ki, əfv sərəncamının verilməsi, amnistiya aktının qəbul ediməsi müvafiq olaraq Prezidentin və parlamentin müstəsna səlahiyyətlərinə daxildir. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Prezidenti və ya parlamenti məcbur edən hər hansı bir hüquqi norma yoxdur: "Pandemiya dönəmində belə bir təşəbbüsün olması yaxşı hal olsa da, aidiyyatı qurumların bu təşəbbüslə razılaşıb-razılaşmamaqları heç bir hüquqi məsuliyyət yaratmır”. 

Səməd Rəhimli sonda əlavə edib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində  epidemiya ilə bağlı görülməsi lazım olan tədbirlərin müəyyən edilməsi Penitensiar Xidmətin səlahiyyətlərinə daxildir.

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo