22:20, 06 Dekabr 2019 (Cümə) 188

Deputat Yevda Abramov vəfat edib

Deputat Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

APA informasiya agentliyi bildirir ki, bu barədə məlumatı deputat Vahid Əhmədov təsdiqləyib.
 
Onun sözlərinə görə, mərhumla vida mərasimi Qubada "Mədəniyyət evi”də təşkil olunacaq. 

Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.