16:29, 13 Dekabr 2019 (Cümə) 195

DGK: "Bakı sakininin maşınından külli miqdarda pirotexniki vasitə aşkarlanıb"

DGK:
Azərbaycan ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən "Yeni Ev" MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması barədə məlumat verilib.
 
 

"Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı dayanacaqda "Toyota Land Cruiser" markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İlqar Məmmədovun 1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib. Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd "8 Shots color shots" markalı pirotexniki vasitə aşkar edilib. Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub”.
 
 

Elmar Əziz