16:48, 26 İyun 2020 (Cümə) 1004

DİM-dən buraxılış imtahanlarında iştirak edən şəxslərə müraciət

DİM-dən buraxılış imtahanlarında iştirak edən şəxslərə müraciət
Dövlət İmtahan Mərkəzi(DİM) iyulun 2-si və ya 3-də keçiriləcək buraxılış imtahınında iştirak edəcək şəxslərə müraciət edib.

Rəsmi məlumatda bildirilir ki,iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi” ilə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunub abituriyentin özü tərəfindən imzalanmalıdır.

Məlumatda qeyd edilir ki,imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənədin ayrıca vərəqdə çap olunması vacibdir.

Pandemiya dövründə kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə DİM tərəfindən imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının da  müəyyən edildiyi bildirilir. İmtahanda iştirak edəcək şəxslərin buraxılış vərəqəsində də həmin vaxt göstərilib.Ona görə də DİM iştirakçılara imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməyi tövsiyyə edir.

Xatırlatma

2 və ya 3 iyul tarixlərində imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

–   Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı, Naxçıvan;
–    9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;
–  Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
–  Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
–  Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı, Naxçıvan.

Vüsalə Mikayıl