19:22, 25 May 2020 (Bazar ertəsi) 157

Dmitri Peskov xəstəxanadan evə buraxılıb

Dmitri Peskov xəstəxanadan evə buraxılıb
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün xəstəxanadan buraxılıb. 

APA-nın məlumatına görə, o, "RİA Novosti”yə açıqlamasında xəstəxanadan buraxıldığını təsdiqləyib.

Peskov xəstəxanaya mayın birinci yarısı yerləşdirilmişdi. 

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi yeni növ koronavirusdan müalicə olunurdu.