11:22, 11 Dekabr 2019 (Çərşənbə) 177

Donald Trampa qarşı ittihamlar bəlli oldu

Donald Trampa qarşı ittihamlar bəlli oldu


/ DÜNYA
ABŞ Nümayəndələr Palatası bildirib ki, prezident Donald Trampa qarşı impiçment ittihamının iki maddəsi var. Bunlar vəzifədən sui-istifadə və ədalətin qarşısının alınmasıdır.

AzadlıqRadiosu xəbər verir ki, bu barədə bəyanatı Nümayəndələr Palatasının demokrat spikeri Nansi Pelosi verib.

Bu ittihamlar bu həftə ABŞ Konqresinin Ədliyyə Komitəsində səsə qoyulacaq.

Əgər ittihamlar komitə səsverməsindən çıxarsa, növbəti səsvermə Nümayəndələr Palatasında olacaq.

Nümayəndələr Palatasında demokratlaın çoxluğa malik olması nəzərə alınarsa, prezident Trump-a qarşı ittihamın irəli sürülməsi qaçılmazdır.

Demokratlar hesab edirlər ki, Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı ondan özünün siyasi rəqibi Joe Bidenə qarşı cinayət işinin açılmasını istəməklə vəzifə səlahiyyətlərini aşıb.

Trampa qarşı ikinci ittiham Trump administrasiyasının impiçment araşdırması ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.

Prezident və onun respublikaçı partiyadaşları Trampın heç bir qanunsuzluğa yol vermədiyini deyirlər.