11:30, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 70

“DQR”-in müdafiə naziri ağır yaralanıb: yerinə başqası təyin edildi

“DQR”-in müdafiə naziri ağır yaralanıb: yerinə başqası təyin edildi
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri Cəlal Arutyunyan döyüşlərin birində ağır yaralanıb.

"Sputnik Armeniya” xəbər verir ki, bu haqda qondarma respublikanın prezidenti Araik Arutunyan məlumat verib.

Dağlıq Qarabağ seperatçılarının lideri 27 oktybrda özünün Facebook hesabında müdafiə nazirinin yerinə başqasının gətirildiyini bildirib: "General-leytenant Cəlal Arutyunyanın vəzifəsindən azad edilməsi barədə əmr imzalamışam. Bu vəzifəyə general-mayor Mikael Arzumanyan təyin edilib, ona general-leytenant rütbəsi verilib".

A.Arutunyan C.Arutunyanın vəzifəsindən uzaqlaşdırılmasını onun sağlamlıq vəziyyətinin vəzifəl səlahiyyətlərinin icrasına mane olacağı ilə əsaslandırıb.

Erməni mətbuatı C.Arutyunyanın həyatına təhlükə olmadığını yazıb.