13:40, 29 İyul 2020 (Çərşənbə) 390

DSX-nin əsgəri ehtiyatsızlıqdan ölüb

DSX-nin əsgəri ehtiyatsızlıqdan ölüb
Dövlət Sərhəd Xidməti ehtiyatsızlıqdan əsgər Natiq Elçin oğlu Qurbanlının ölməsi barədə məlumat yayıb.

Hadisənin DSX-nın Qaradağ rayonundakı N saylı hərbi hissəsində baş verdiyi bildirilib.

Məlumata görə, hadisə təsərrüfat işlərinin görülməsi zamanı baş verib.

Natiq Qurbanlının 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrıldığı bildirilir.

meydan.tv