18:21, 06 İyun 2020 (Şənbə) 206

Dünya neft ehtiyatları 1,5 milyard barel artıb

Dünya neft ehtiyatları 1,5 milyard barel artıb
"Bu ilin ilk yarısında dünya neft ehtiyatlarının artımı 1,5 milyard barel həcmində qiymətləndirilir ki, bu da görünməmiş haldır”.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab videokonfrans rejimində baş tutan OPEC nazirlərinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ilk dəfə OPEC iclası koronavirus pandemiyasından qaynaqlanan səbəbə görə videokonfrans şəklində keçirilir.

İclasda təşkilata daxil olan 13 ölkə iştirak edir. Qeyri-OPEC ölkələri iclasa daha sonra qoşulacaqlar. İclas OPEC saytında Multimedia bölməsində canlı yayımlanır.