21:34, 24 Mart 2020 (Çərşənbə axşamı) 984

Dünyanın koronavirus həyəcanı - STATİSTİKA

Dünyanın koronavirus həyəcanı - STATİSTİKA
Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 17 241, sağalanların sayı isə 103 317 nəfərdir. 

Bu virus hazırda 200-ə yaxın ölkədə yayılıb, səhiyyəyə, iqtisadiyyata, ticarətə və digər sahələrə təsir edib. 

Hazırda dünyada virusdan qorunmaq üçün ümumi addımlar atılır.

Bu siyahıda virus yayılan ölkələr, hökumət tədbirləri və s. ilə tanış ola bilərsiniz.

Azərbaycanda

Azərbaycanda virusa indiyə qədər yoluxma 87 nəfərdə müşahidə olunub. Sağalanların sayı 10, ölənlərin sayı isə 1 nəfərdir. 

Yoluxma halını minimuma endirmək üçün iri ticarət mərkəzləri( Mall, Sədərək ticarət mərkəzi), təhsil müəssisələri bağlanıb, digər ticarət və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. 

Ölkə ərazisində karantin rejim elan olunub: paytaxtla rayonlar arasında gediş-gəliş məhdudlaşdırılıb. Virus səbəbindən xarici ölkələrdə yaşayan 10 000-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub.

Türkiyədə

Türkiyə Azərbaycanla quru sərhəddə yerləşən, ikinci ən çox yoluxma halı qeyd edilən ölkədir. Hazırda burada 1 529 nəfər virusa yoluxub, 37 nəfər isə xəstəlikdən ölüb. Tam sağalma halı isə müşahidə olunmayıb. Bu ölkə azərbaycanlıların ən çox yaşadığı və səfər etdiyi ölkələrdən biri olduğundan vətəndaşların əksəriyyəti buradan təxliyə olunub. 

Ermənistanda

Ermənistanda koronavirusa yoluxanların sayı 235-ə çatıb. 2 nəfər isə xəstəlikdən sağalıb. Hazırda burada yarmarkalar, ticarət obyekləri fəaliyyətini dayandırıb. Qanunsuz fəaliyyət göstərənlərə cərimələr və sərt tədbirlər tətbiq olunur. 

"Hazırda nəqliyyatdan istifadə edən insanların sayı oturacaqlarından sayından azdı”, - deyə Ermənistan mediasında qeyd olunub.

Gürcüstanda

Gürcüstan koronavirusa yoluxanların sayı 67-ə çatıb, virusa yoluxanların 9-u tam sağalıb. Hazırda karantində 3 320, stasionar nəzarətdə isə 235 nəfər saxlanılır. Ölkəyə gediş-gəlişlər ləğv edilib, bir sıra müəssisələr fəaliyyətini dayandırıb, ictimai tədbirlər, toylar ləğv edilib. Qapalı və açıq məkanlar daxil olmaqla bütün ictimai yerlərdə 10-dan çox insanın toplaşması qadağan olunub.

Rusiyada

Burada virusa yoluxma sayı 495, ölü sayı 1, sağalanlar isə 22 nəfərdir. Hazırda Rusiyada beynalxalq idman tədbirləri təxirə salınıb, insanların ölkə xarici səfərlərinə məhdudiyyət tətbiq edilir. Bütün əcnəbilərin girişinə, kütləvi toplantılara sərt məhdudiyyətlər qoyulub. İdman salonları və hovuzları bağlanılıb.

Moskva Nəqliyyat İdarəsi cümə günü metroda nəqliyyatın yüzdə 30 nisbətində azaldığını, avtobuslar və arabalardakı nəqliyyatın da 24 faiz azaldığını bildirib. 

"İtalyan ssenarisini istəmiriksə, təxirəsalınmaz tədbirlər görülməlidir", –hökumətə sərt tədbirlər görülməsi üçün müraciətlər olunub.

Həmin müraciətdə "yoluxmuş insanların sayı rəsmi məlumatlardan kəskin dərəcədə çoxdur və testin keyfiyyətindən asılı olaraq minlərlə və hətta on minlərlə insana çata bilər",- deyə bildirilib. Müraciətə 85 mindən çox insan qol çəkib: tanınmış jurnalistlər, həkimlər, siyasətçilər və digər vətəndaş cəmiyyəti. 

İranda 

İran virusun ən çox yayıldığı 3 ölkədən biridir. İndiyə qədər yoluxanlar 24 811 nəfər, ölənlər 1 934 nəfər, sağalanlar isə 8 913 nəfər olub. Virusla bərabər son günlər bu ölkəyə ABŞ-da iqtisadi sanksiyalar tətbiq edir. Xüsusilə bayram günlərində Azərbaycana gələn turistlərin ən çoxu bu ölkədən olur. 2019-cu ildə İrandan Azərbaycana 255 min turist gəlib, 2018-ci illə müqayisədə turist sayında 6,3% artım deməkdir. Koronavirus səbəbindən hazırda iki ölkə arasında gediş-gəliş dayandırılıb. 

İtaliyada

İtaliya virusdan ölənlərin sayına görə 1-ci yerdə dayanır. Burada 63 927 virusa yoluxub, 6 077 nəfər həyatını itirib, 7 432 nəfər isə virusdan sağala bilib. Hazırda ölkədə karantin rejim tətbiq edilib: məktəb və universitetlər bağlanıb, insanların evdən çölə çıxmasına məhdudiyyət qoyulub, ofis şəraitində işləyən insanlar isə polisin təqdim etdiyi lazımi sənədi imzalamaqla işinin vacibliyini təsdiq etməlidir.

Bu qaydaları pozanlara üç ay müddətinə həbs cəzası və ya cərimə tətbiq edilir. Qısa və tək çıxmaq şərtilə idman etmək üçün evdən çölə çıxmağa icazə verilir. İtaliya turizmdən ən çox gəlir götürən ölkələrdən olduğundan, bir sıra mənbələr ölkənin bir xeyli maliyyə itkisi yaşayacağını yazır: Avropa çempionatında İtaliya A Seriyası liqasının 450 milyon avro itirəcəyi gözlənilir.

İspaniyada 

İspaniyada xəstəliyə yoluxan insanalar 39 673 nəfər, ölənlər 2 696 nəfər, sağalanlar isə 3 794 nəfərdir. İspaniyadakı COVID-19 virusu, İtaliyaya bənzər bir böyümə sürətini görür. Cəmi 10 gün əvvəl, İtaliyada təxminən 1000 hadisə baş vermişdi, lakin bu sayı 7000-dən çox oldu və 16 milyona yaxın insan karantinə alındı. Şəhərdən çıxmaq istəyən insanlar 600.000 avro (686.000 dollar) cərimə ilə üzləşə bilər.

Çində

Çin koronavirusun ilk yayıldığı ölkə hesab olunur. Çinin Vuhan əyalətində ortaya çıxan Covid 19 adlı koronovirus dünyanın 192 ölkəsinə yayılıb. Burda yoluxan insan sayı 81 588, sağalanlar isə 73 279 nəfər olub. 3 281 nəfər isə virusdan ölüb. Cənubi Koreya, Yaponiya, Böyük Britaniya, Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Qazaxıstan, Macarıstan, İran, Belarus, İndoneziya və YUNİSEF-dən mal şəklində Çinə yardım göndərilib. 

ABŞ-da

Hazırda ABŞ-da 46 485 nəfər virusa yoluxub, 591 nəfər isə virusdan ölüb. Ölkə prezidenti Donald Tramp ölkə daxilində 10 nəfərdən çox olan toplanışların qadağan olduğunu bildirib. Şəhər parkları da daxil olmaqla ictimai yerlərədə toplanmağa məhdudiyyət tətbiq olunub. 8 ştat sakinlərinə evlərində qalmağı, sığınacaq verməməyi və ya qeyri-vacib səyahətləri dayandırmağı əmr edib: Delaver, Ohayo, Luiziana, Nyu-Cersi, California, Nyu-York, İllinoys və Konnektikut. 

Ölkə rəsmiləri ictimaiyyətin kilidlənməsinin iyunun əvvəlinə qədər davam edəcəyini açıqlayıb.

Roza Məmmədova