23:27, 13 İyul 2020 (Bazar ertəsi) 212

"Düşmənin 20 nəfərdən çox canlı qüvvəsi məhv edilib"

"Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib".

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur. 

Nazirlik bildirib ki, qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.
 

arqument.az