İqtisadiyyat

"Dövlətin borcuna görə ən çox itirən sıravi vətəndaş olur"

8 İyun, 2020
792
 
"Çünki onların sosial müdafiəsinə ayrılacaq vəsait məhdudlaşır”

"Bu gün hər bir Azərbaycan vətəndaşına 900 dollar və ya 1545 manat xarici borc düşür. Bu, yalnız dövlət zəmanəti ilə alınmış və icraçıya ötürülmüş borclardır”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Azərbaycanın iri dövlət şirkətlərinin də xarici borcları var. Onlar hesaba alınsa, borc daha yüksəkdir:

"Məsələn, SOCAR-ın borcu ayrıca götürdükdə adambaşına 1000 manatı ötüb, eyni zamanda AZAL, "Azərenerji”, Azərbaycan Dəmir Yolları, "Azərsu” da borcu çox olan dövlət təşkilatlarındadır”.

İqtisadçı deyir ki, bu borcları icraçılar istifadə etsə də, onun bir hissəsi büdcədən qaytarılır. Bu zaman dövlətin üzərinə düşən və öhdəlik yaradan xərc yaranır:

"Məsələn, 2020-ci ilin büdcəsindən bu məqsədlə 1188,9 milyon manat vəsait nəzərdə tutulub. Bu, cəmi büdcə xərclərinin 4,4 faizinə bərabərdir”.

Qubad İbadoğlu bildirir ki, belə olan halda büdcənin imkanları məhdudlaşır. Onda da ən çox itirən sıravi əhali olur. Çünki onların sosial müdafiəsinə ayrılacaq vəsait məhdudlaşır:

"Yeri gəlmişkən, 2021-ci ildə büdcənin borclara xidmət xərcləri daha da artacaq. Xarici borcun artması ölkəyə onu qaytarmaq üçün daha çox valyuta əldə etməsi deməkdir. Hazırda neftin qiymətlərinin ucuzlaşdığı şəraitdə bu əlavə maliyyə yükü yaradır. Tədiyyə balansının kəsirini artırır, manatın devalvasiya təzyiqlərini çoxaldır”.


 
İqtisadçı xarici borcların necə azaldılması ilə bağlı da məsləhət verib. Deyir, bunun üçün hökumət gizli iqtisadiyyatı leqallaşdırmalı, korrupsiyaya və inhisarçılığa qarşı mübarizəni gücləndirməli, qeyri-neft sektorunun ixrac potensialını yüksəltməlidir.

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 9.091,0 milyon ABŞ dollarıdır. Bu, 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 18,9 faizini təşkil edib.

Maliyyə Nazirliyi bildirir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
 
meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo