13:43, 14 Dekabr 2019 (Şənbə) 171

Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb

Əfqanıstanda “Taliban” silahlılarının hücumu zamanı 9 hərbçi ölüb


/ DÜNYA
Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup "Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9  hərbçi həlak olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin Tvitter səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eyni zamanda "ToloNews” mənbəyə istinadən iddia edib ki, Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb və hücum edənlər onların silahlarını götürüb hadisə yerindən uzaqlaşıblar. 

"Taliban" hərəkatı baş verən hadisənin məsuliyyətini üzərinə götürüb.