Sosial

Əhliman Abbasov: “Polietilen qadağasından zərər çəkən istehsalçıları yaşıl sahələrə yönləndirmək olar”

27 Noyabr, 2020
1835
"20 il bundan öncə polietilen torbalar yox idi. Polietilen torbalar ekologiyaya zərərlidir. Ona görə də Milli Məclisin plenar iclasında "Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişikliyin gündəmə gətirilməsini müsbət qarşılayıram”.

Bunu "Toplum TV"yə eko-fəal Firəngiz Qədirova deyib.

Onun sözlərinə görə, plastikə aid olan və bir dəfə istifadə olunub atılan tullantılar təbiət üçün çox ziyanlıdır: "Onlar heç cür təbiətlə qarışa bilmir. Ona görə də mən qadağan olunmasının yaxşı olacağını düşünürəm. Qanundan anladığım qədərilə 15 mikron dedikdə, daha nazik olanları qadağan edirlər. Əvvəllər daha qalın torbalar var idi və onlardan dəfələrlə istifadə edə bilirdik. Hazırda çox nazik olan mayka torbalar var və onları bir dəfə istifadə edib atırıq. Bunlar daha ziyanlıdır, təkrar istifadəsi mümkün deyil. Daha qalınları isə bir neçə dəfə istifadəyə yararlı ola bilir. Əvvəllər, polietilen torbalar yox idi. Hamının parça çantası, tor formasında zənbili olurdu. Bunları təkrar satışa çıxarmaq olar. İstifadəsi də rahatdır, yuyayaraq dəfələrlə istifadə olunurdu. Dədə-baba qaydası ilə zəbillə bazarlığımızı  edirdik. Onlar da uzun müddət istifadəyə yararlı idilər".
 

"Polietilen torbalardan istifadənin insanlar üçün rahat tərəfi o idi ki, zibil qabının içinə qoyulurdu və tulantıları torbayla qarışıq atmaq olurdu. Lakin daha öncələr zibil vedrəsi ilə aşağı düşüb zibili konteynoruna tökürdük. Bu, çirkli görünsə də, ən azından, o torbalardan istifadə edilmirdi. Yəni qadağan olunan plastik torbalara zibilləri yığmaq üçün istifadə etdiklərimiz də aiddirsə, əvvəlki kimi vedrəylə aşağı düşə bilərik. Düzdür, bu natəmiz görünsə də, ekologiya naminə edə bilərik", - o bildirib. 

İqtisadçı ekspert Əhliman Abbasov deyir ki, bu kimi qanunlar və siyasətlər inkişaf etmiş ölkələrdə bir neçə vaxtıdır tətbiq edilir.

"İqlim dəyişikliyi və ətraf mühitin geridönülməz çirklənməsi məsələləri bugün əsas qlobal iqtisadi və siyasi gündəmlər sırasındadır. Dayanıqlı inkişaf modelinin əsas aspektləri kimi ətraf mühitə zərbə vuracaq istehsal və istehlak davranışlarının məhdudlaşdırılması da daxildir. Plastik məhsullardan istifadə həm istixana effekti yaradaraq qlobal istiləşməyə dəstək verir, həm də çirklənməyə səbəb olaraq ölkə iqtisadiyyatı üzərində, gələcək nəsillər üzərində ciddi xərclər törədir. Onun üçün bu qəbildən olan qaydalar və qadağalar müsbət tendensiyadır. Cəza məbləğinin adekvatlığına gəlincə, belə qaydalar tətbiq edilərkən nominal cəza miqdarı insanların rahatlıqla ödəyə bilməsi üçün yox (o zaman qoyulan hədəfə nail olmaq olmaz), insanları qoyulan qaydaya əməl etməsini təmin etmək məntiqi ilə müəyyənləşdirilir”, – iqtisadçı vurğulayıb.
 
 
Ekspert deyir ki, müvafiq sənaye siyasətləri vasitəsilə zərərçəkən sahibkarların ətraf mühit üçün uyğun sektorlara keçidini təmin etmək olar: "İnkişaf etmiş ölkələrdə plastik tərkibli torbaların əvəzinə kağız torbalardan səmərəli istifadə təşviq edilir. Təbii ki, iqtisadiyyatda ətraf mühit məsələlərini nəzərə alan belə tənzimləmədən zərər görən istehsalçılar ola bilər. Ancaq müvafiq sənaye siyasətləri vasitəsilə həmin şirkətləri və istehsalçıları ətraf mühit üçün uyğun sektorlara keçidini təmin etmək olar. Bu kimi qaydalar tətbiq edilərkən orta və uzun müddətdə cəmiyyətin əldə etdiyi müsbət təsir, müəyyən tərəflərin iqtisadi itkisindən daha üstün tutulur. Bütövlükdə belə formalı qərarlar və ətraf mühit məsələlərinin gündəm olması müsbət qarşılanmalıdır".

"Zərərçəkən istehsalçıları isə yaşıl sahələrə yönləndirmək ya da onların təyinatını dəyişdirmək olar. Yaşıl sahə dedikdə, ətraf mühitə zərər vurmayan, ya da az zərər vuran sahələr nəzərdə tutulur. Həmçinin o istehsal müəssisələri digər başqa təyinatlar üçün plastik məhsullar istehsal edə bilərlər”, - deyir Əhliman Abbasov.

Deputat Vahid Əhmədovun sözlərinə görə, qanunlara riayət edərlərsə, polietilen zavodlarıyla heç bir problem yaşanmayacaq: "Qanunda qalınlığı 15 mikrona qədər olan bütün polietilen vəsaitlərdən söhbət gedir. Buraya boru kəməri, qab-qacaq da - hər şey aiddir. Əgər içki vəsaitlərinin qablaşdırılması, məsələn butulkanın qalınlığı 15 mikrondan azdırsa, bu qayda onlara da tətbiq olunacaq. Polietilen zavodları işini dayandırmayacaq. Qanunlara riayət edərlərsə, heç bir problem yaşanmayacaq. Yox, əgər istehsal olunan vəsaitlərin qalınlığı 15 mikrondan aşağı olarsa, əlbəttə, onlar işləməyəcək. Artıq mağazalarda kağızdan torabalar da istifadə olunur”, -  Vahid Əhmədov bildirib.
 

Milli Məclisin 26 noyabrda keçirilən plenar iclasında "Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, həmçinin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunub.

Zərifə Novruz


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo